Ukrayna Nazirlər Kabineti fevralın 26-da ABŞ-la mineral ehtiyatların işlənməsinə dair saziş imzalamağı tövsiyə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Daha əvvəl “Financial Times” xəbər vermişdi ki, Ukrayna ABŞ administrasiyası Ukraynanın investisiya fonduna təxminən 500 milyard dollar töhfə verməsi tələbindən imtina etdikdən sonra ABŞ administrasiyası ilə faydalı qazıntılar üzrə sazişin şərtlərini razılaşdırıb.
Bloomberg mənbələri bildiriblər ki, sövdələşmənin təfərrüatlarının daha sonra yekunlaşacağı gözlənilir.
Bundan əlavə, “Frans Press” agentliyinin mənbəsinə görə, Ukrayna müqaviləni fevralın 28-də Vaşinqtonda imzalaya bilər.