Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 75,22 dollar təşkil edir
Ucnoqta.az xəbər verir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,44 dollar (0,59%) bahadır.
Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,35 dollar (0,5%) artaraq 74,78 dollar olub.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində aprel ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,5 dollar (0,71%) artaraq bir barelə görə 71,2 dollar olub.
Əvvəlki sessiyanın nəticələrinə görə, bu müqavilələrin dəyəri 0,3 dollar (0,4%) artaraq bir barel üçün 70,70 dollar təşkil edib.