ABŞ Filippin silahlı qüvvələrinin modernləşdirilməsi üçün nəzərdə tutulan 336 milyon dollarlıq xarici yardımı dayandırma rejimindən çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın Vaşinqtondakı səfiri Xose Manuel Romualdesə istinadən GMA News kanalı məlumat yayıb.
Onun sözlərinə görə, bu məbləğ təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi və ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi üçün keçən il ABŞ Konqresinin təsdiq etdiyi 500 milyon dollarlıq hərbi maliyyənin bir hissəsidir.
ABŞ Dövlət Departamenti ötən ilin aprelində bəyan etmişdi ki, Vaşinqton Filippin Silahlı Qüvvələrinin amerikalılarla qarşılıqlı fəaliyyətini gücləndirmək üçün onların modernləşdirilməsinə dəstəyi artırmaq niyyətindədir.