"Santos"un hücumçusu Neymar Paulista çempionatının 12-ci turunun "İnternasional Limeyra" ilə səfər matçında küncdən birbaşa zərbə ilə fərqlənib.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə "Santos"un xeyrinə başa çatıb. Bundan əlavə braziliyalı iki məhsuldar ötürmə ilə də yadda qalıb.
Neymar "Santos" üçün altı oyunda iki qol və üç məhsuldar ötürmə edib.
Xatırladaq ki, 33 yaşlı Neymar yanvarın 30-da "Santos"la müqavilə bağladığını açıqlayıb.