Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında Ukraynanın 20 pilotsuz təyyarəsini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, beş PUA Oryol vilayəti ərazisi üzərində, dördü Belqorod və Kursk vilayətləri üzərində, üç PUA Lipetsk vilayəti üzərində, iki PUA Tula və Voronej vilayətləri əraziləri üzərində məhv edilib.