Azərbaycanda polis generalı vəfat etdi - FOTO

17:05 - 22 Fevral 2025 - Cəmiyyət

Azərbaycanın general icra başçısı olmuş Ərziman Əliyev vəfat edib. 

Ucnoqqta.az xəbər verir ki, bu barədə Ə.Əliyevin yaxınları tərəfindən məlumat verilib.

Qeyd edək ki, Ərziman Əliyev  2004-2007-ci illərdə Quba rayon  İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona general-mayoru rütbəsi verilib. 2016-cı ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Ə.Əliyev Daxili işlər orqanlarında xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2011-ci il Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.///sfera


Xəbər xətti