Çin Xalq Respublikası ChinaSat 10R rabitə peykini uğurla orbitə çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, buraxılış Pekin vaxtı ilə saat 20:11-də Siçuan kosmodromundan (Cənub-qərb Sıçuan əyaləti) CZ-3B (Changzheng-3-bi) raketindən istifadə etməklə həyata keçirilib.
CZ-3B (model CZ-3B/E buraxılış zamanı istifadə edilib) 4,2 m diametrli maye yanacaqla işləyən üç pilləli raketdir.
Uzunluğu 56,3 m-dir və aşağı Yer orbitinə 12 tona qədər faydalı yük çıxarmağa qadirdir.
Tipik olaraq, bu daşıyıcı peykləri 5,5 tona qədər çatdıra biləcəyi geostasionar ötürmə orbitinə göndərmək üçün istifadə olunur.