Goranboyda təcili yardım maşını yolu qarşı tərəfə keçən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vurub.
Ucnoqta.az musavat.com-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Borsunlu kəndindən keçən hissəsində baş verib.
Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
C. Orucov Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi imiş.