Oğul 84 yaşlı atasını baltaladı

11:03 - 22 Fevral 2025 - HADİSƏ

Samuxda oğul atasına balta ilə xəsarət yetirib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirib.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti