Ağsuda "Land Rover" dərəyə aşdı - yandı...

10:07 - 23 Fevral 2025 - HADİSƏ

Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Ağsu rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti