Martın 6-da Avropa İttifaqı Brüsseldə Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı dövlət və hökumət başçılarının fövqəladə sammiti keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ nümayəndəsi bildirib.
“Yaxın bir neçə dəqiqə ərzində Avropa Şurasının sədri Antonio Kostanın martın 6-da Brüsseldə keçiriləcək xüsusi Avropa Şurasını çağıracağını elan edəcəyik.
Gündəmdəki mövzular Ukrayna və Avropanın müdafiəsidir”, - deyə o bildirib.