Vaşinqton açıq şəkildə bəyan edib ki, Ukrayna ərazisində Amerika hərbi mövcudluğu olmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Fox News telekanalına müsahibəsində bildirib.
Amerika qoşunlarının Ukraynada yerləşdirilməsinin mümkünlüyü barədə suala o, mənfi cavab verib.
"Biz bunu açıq şəkildə bildirdik. Ukraynada Amerika hərbçiləri olmayacaq. Amma iqtisadi tərəfdaşlıq vacibdir", - Heqset deyib.
Eyni zamanda, Pentaqon rəhbəri qeyd edib ki, Avropa qitədə aparıcı rolu öz üzərinə götürməlidir”.
"Ukraynada fəallaşmağa və təhlükəsizlik zəmanətlərinin verilməsinə kömək etməyə hazır olduqlarını deyən Avropa liderlərinin bəyanatları ümidvericidir. Biz bunu alqışlayırıq", - o əlavə edib.