Günəşdə fevral ayının ən güclü partlayışı olub

00:35 - 24 Fevral 2025 - DÜNYA

Fevralda ilk yüksək dərəcəli rentgen parlaması bazar günü Günəşdə qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (“IPG” Federal Dövlət Büdcə Təşkilatı) məlumat verilib.

Qeyd olunur ki, günəş ləkələri qrupunda 4001 (N25W86) rentgen diapazonunda 12 dəqiqə davam edən X2.0 alışması qeydə alınıb.

Bu güc sinfinin alışmaları sonuncu dəfə yanvarın 4-də qeydə alınıb.

Məlumata görə, X2.0 alışması Günəşin qərb kənarında baş verib ki, bu da Yerə təsir imkanlarının minimal olduğunu göstərir.

Xəbər xətti