Avtobuslar bu saata kimi işləyəcək

19:17 - 23 Fevral 2025 - AVTO

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.

Bu barədə Ucnoqta.az-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.

Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

Xəbər xətti