Ramazan ayı öncəsi sağlamlığınıza diqqət

09:36 - 25 Fevral 2025 - Cəmiyyət

Oruc tutmaq sağlamlıq üçün böyük faydalar təmin etsə də, mümkün risklərin qarşısını almaq üçün sağlamlıq problemi olanların Ramazandan əvvəl ümumi müayinədən keçmələri vacibdir. 

Ucnoqta.az xəbər verir ki, qidalanma vərdişlərinin həm fiziki, həm də zehni olaraq dəyişdiyi bu bir ay davam edən dövrdən keçmək üçün Ramazan ayı əvvəli edilməsi lazım olan sağlamlıq yoxlamaları haqqında məlumat verən Dr. Elif Ünüvar, “Müayinələr Ramazan ayında oruc tutmaq istəyən insanların sağlamlıq vəziyyətinin oruc tutmağa uyğun olub-olmadığını müəyyən etmək və mümkün risklərin qarşısını almaqda mühüm rol oynadığını deyib.

Xüsusilə ailəsində şəkərli diabet, ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri və ya yüksək qan təzyiqi olan insanlar Ramazandan əvvəl ümumi müayinədən keçməlidirlər. Çünki ümumi müayinə mümkün risklərin qarşısını alır.

Sağlam bir Ramazan ayı üçün balanslı qidalanma və kifayət qədər maye qəbulunun əhəmiyyətli olduğuna diqqət çəkən mütəxəssis sahur üçün oyanmağın zəruriliyindən danışaraq, uzun saatlar oruc tutmaqdan ötəri balanslı olmaq və xüsusilə kifayət qədər maye qəbul etmək çox vacib olduğunu qeyd edir. Susuzluğa bağlı maye itkisinin qarşısını almağın yolu, xroniki xəstəlikləri olan insanlar üçün sahur üçün oyanmaqdan keçir" deyən Doktor Elif Ünüvar bunları qeyd etdi:

"Qan təzyiqi, ürək-damar, böyrək funksiyaları, sidik cövhəri, kreatinin və ya xolesterol dəyərlərində dəyişikliklər varsa, oruc tutmadan əvvəl mütləq müayinədən keçməlidirlər."///cnnturk

Xəbər xətti