ABŞ İranla əlaqəli şirkətlərə sanksiya tətbiq edib

06:17 - 25 Fevral 2025 - DÜNYA

 ABŞ İranın neft-kimya sənayesi və İran neftinin nəqli ilə əlaqəli fiziki, hüquqi şəxslər və gəmilərə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus deyib. 

Bildirilir ki, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın neft və neft-kimya sənayesində iştirakına görə müəssisə və gəmilərə qarşı sanksiyalar tətbiq edir.

Sanksiyalar Dövlət Departamentinin İran neftinin Asiyada alıcılara yüklənməsi və çatdırılması ilə məşğul olan vasitəçilər şəbəkəsi adlandırdığı Surinam, Hindistan, Çin və Malayziyadan olan nəqliyyat şirkətlərinin 22 nəfəri və 13 gəmisini hədəfləyir.

Xəbər xətti