Makron Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişdirə bilmədi

10:51 - 25 Fevral 2025 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron ABŞ-dan dəstək vədi almadan və ya ABŞ lideri Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik etmədən Vaşinqtonu tərk edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian qəzetində dərc olunan məqalədə deyilir.

Nəşrin məlumatına görə, Makron və bu həftənin sonunda Vaşinqtona gəlməli olan Böyük Britaniyanın baş naziri Key Starmer son onilliklərin ən ciddi böhranını yaşayan transatlantik alyansı xilas etməyə çalışırlar.
The Guardian qeyd edir ki, Starmer həm də Amerika liderini Avropadan qopmamağa çalışmaq kimi çətin vəzifə ilə üz-üzədir.

Xəbər xətti