Məşhur Türk romantik dramı — yalnız CineMastercard-da!

11:21 - 25 Fevral 2025 - Cəmiyyət

Yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində emosiyalar fırtınası və əsl ajiotaj yaradan “Aşk Sadece Bir An” türk romantik dramının nümayişi keçirilir.

Rejissor Mustafa Kotan və ssenarist Aslı Zengin tamaşaçıları sevgi və xəyanətin mürəkkəb dünyasına unudulmaz səyahətə çıxarır.
Filmin güclü aktyor heyəti personajların inandırıcılığını artırır.
Baş rollarda Emirhan Çakal, Nilsu Berfin Aktaş, Gonca Vuslateri, Emre Kınay və Tuba Ünsal çəkilib.
“Ask Sadece Bir An” - türk kinematoqrafında mühüm yer tutur. Bu film həm süjet, həm də personajların dərinliyi ilə tamaşaçıları heyran edir və kinosevərlərə qaçırılması mümkün olmayan bir təcrübə təqdim edir.
Film haqqında qısaca:  Barda işləyən Rüzgarın həyatı, bir gün dostunun yerinə taksi sürməsi ilə tamamilə dəyişir. Taksidə tanış olduğu Hayal ilə bir-birlərinə aşiq olurlar. Ancaq Hayalın ailəsi, Rüzgarın qatillikdə günahlandırıldığını öyrənir və bu münasibətə icazə vermir. Əslində isə anasını öldürən Rüzgarın atasıdır, lakin günah onun üzərinə atılmışdır.
Hayalın atası onu qızından uzaq durmaqla hədələsə də, Rüzgar sevdiyi qadından əl çəkmir. Münasibətləri davam edərkən Rüzgar motosiklet yarışında qəza keçirir və reanimasiyaya yerləşdirilir. Bu fürsətdən istifadə edən Hayalın ailəsi qızlarını başqa şəhərə aparır. Lakin onların yolları bir gün yenidən kəsişəcəkdir.
Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Xəbər xətti