Rusiya və Çin Silahlı Qüvvələrinin parad bölmələri Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə mayın 9-da Minskdə keçiriləcək hərbi paradda iştirak etmək üçün dəvət olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə nazirinin Silahlı Qüvvələrində ideoloji iş üzrə köməkçisi, general-mayor Leonid Kasinski məlumat verib.
“Biz dost ölkələrdən - Rusiya Federasiyasından, Çindən parad bölmələrini, eləcə də MDB respublikalarının dövlət bayraqları olan bayraq qruplarını dəvət etmişik. Artıq bir sıra ölkələrin iştirakının qismən təsdiqi alınıb”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən sitat gətirən departament nümayəndəsi qeyd edib.