Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisinin mərkəzindəki Rustaveli prospektində etirazçılar qarşısında çıxış edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Çərşənbə axşamı axşam Tbilisinin mərkəzi küçələrində ölkənin sovetləşməsinin 104-cü ildönümünə həsr olunmuş bir neçə yürüş keçirilib.
Gürcüstanda 25 fevral Sovet işğalı günü adlanır, inzibati binalarda dövlət bayraqları endirilir.
Yürüş iştirakçıları müxtəlif yerlərdən mərkəzi prospektə çatdıqdan sonra Zurabişvili də onlara qoşulub. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Gürcüstan parlamentinin yanında yerləşən Tbilisi Klassik Gimnaziyasının qarşısında çıxış edən Zurabişvili 1921-ci ildə sovet ordusuna qarşı döyüşmüş gürcü kursantlarını xatırladıb.
Zurabişvili bir daha vurğulayıb ki, hökumətin rəqiblərinin planı dəyişməz olaraq qalır - təkrar parlament seçkiləri tələbi. Onun sözlərinə görə, seçkilərin təyinatına hazırlaşmaq lazımdır və o, əlaqələndirici rol oynamağa hazırdır.