Məşhur model çimərlik geyimində xizək sürdü

01:02 - 26 Fevral 2025 - MAQAZİN

Məşhur irlandiyalı model Voq Uilyams açıq-saçıq geyimdə xizək sürməyə çıxıb.

Ucnoqta.az xəbər verir ki, fotolar onun İnstaqram səhifəsində yayılıb.
38 yaşlı model yamacın fonunda büstqalter və aşağı külotdan ibarət parlaq çəhrayı çimərlik geyimində görünüb. Ulduz eyni zamanda incə bədən quruluşunu nümayiş etdirib. O, başına hamam dəsmalını bağlayıb və gün eynəyi taxıb.

"Mən özümlə tətildə dörd xizək kostyumu götürdüm, amma çox isti idi, ona görə də hamı kimi bikini geyindim" deyə o yazıb.

Xəbər xətti