İrəvan sülh müqaviləsi ilə bağlı Bakıdan cavab alıb
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
“Biz Azərbaycandan sülh müqaviləsi ilə bağlı cavab almışıq, lakin digər sahələrdə - kommunikasiyaların bloklanması və silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi ilə bağlı təkliflər cavabsız qalır” - Badalyan qeyd edib.