"Hizbullah" bazalarına zərbələr endirilib - 2 nəfər lüb

23:05 - 25 Fevral 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın şərqində "Hizbullah"a aid olduğu ehtimal edilən hədəflərinə zərbələr endirib, ən azı iki nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı həlak olanlar arasında mülki şəxslərin olub-olmadığını açıqlamayıb.

Məlumata görə, təyyarələr Suriya ilə sərhəddə yerləşən Nəbi Şit şəhəri ərazisində şiə birləşmələrinin bazalarına raket zərbələri endirib.
Şahidlərin bildirdiyinə görə, Aş-Şaar sərhəd keçid məntəqəsi yaxınlığında güclü partlayışlar eşidilib.

Sərhəd bölgəsi fevralın 8-də bombalanmış, 3 şiə döyüşçüsü həlak olmuşdur.

Xəbər xətti