İndoneziyanın Molukka dənizində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,1 bal qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin episentri 10 km dərinlikdə olub.