Sudan ordusuna məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Bildirilir ki, təyyarə yerli aviabazadan qalxdıqdan az sonra yaşayış məntəqəsinə düşüb.
Qəzanın qurbanları ekipaj üzvləri və göyərtədəki Sudan hərbçiləri, həmçinin təyyarənin düşdüyü yaşayış binasında olan mülki şəxslər olub. Xilasedicilər qəza yerində dağıntıları təmizləməyə davam edir.
Ölənlər arasında Sudanda tanınmış briqada generalı, Xartum Hərbi Dairəsinin keçmiş komandanı Bahar Əhmədin də olduğu qeyd edilir.