ABŞ Dövlət Departamenti Hindistana "Apache AH-64E" hücum helikopterləri üçün təxminən 200 milyon dollarlıq logistika dəstəyi xidmətləri göstərmək üçün potensial müqaviləni təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin bəyanatında açıqlanıb.
Bundan sonra Hindistan hakimiyyəti ABŞ-dan helikopterlər üçün xidmətlər, təlim, Amerika podratçılarından logistika dəstəyi və texniki sənədlərin alınmasını istəyib. Müqavilənin ümumi dəyəri 198,2 milyon dollardır.