Ardıcıl iki zəlzələ oldu

02:03 - 27 Fevral 2025 - DÜNYA

Kamçatkada 6,1 və 5,2 bal gücündə zəlzələlər qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, birinci seysmik hadisənin maqnitudası 6,1 bal olub. Zəlzələnin episentri Sakit okeanda olub. İkinci seysmik hadisənin maqnitudası 5,2 bal olub. Məlumatlara əsasən, Ust-Kamçatsk kəndində təkanlar üç bal gücündə hiss olunub. 

Nə birinci, nə də ikinci halda sunami təhlükəsi elan olunmayıb.

Xəbər xətti