İsraildə avtomobili insanların üzərinə sürdü - 14 nəfər xəsarət alıb

00:12 - 28 Fevral 2025 - DÜNYA

İsraildə avtomobilin piyadaların üzərinə çırpılması nəticəsində 14 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, hadisə avtomobil yolunda, Hayfa rayonunun Pardes Hana kəndi yaxınlığındakı avtobus dayanacağı yaxınlığında baş verib.
Zərərçəkənlərdən 17 yaşlı qızın vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti ağır, birinin vəziyyəti orta ağır, qalanlarının isə yüngül xəsarətləri var.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Polisin mətbuat xidmətindən verilən məlumata görə, camaatın üstünə çıxan avtomobilin sürücüsü hadisə yerinin yaxınlığında zərərsizləşdirilib.
 Hadisəni törədənin İordan çayının qərb sahilindəki Cenin şəhərindən olan, İsrail vətəndaşı ilə evli olan və qeyri-qanuni olaraq İsrail ərazisində yaşayan 53 yaşlı fələstinli olduğu üzə çıxıb.

Xəbər xətti