Xəstəxanada ikiqat pnevmoniyadan müalicə olunan Papa Fransiskin vəziyyəti son 24 saat ərzində yaxşılaşsa da, həkimlər hələ də hər hansı proqnoz verməkdən çəkinirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqəddəs atanın klinik vəziyyəti bu gün yaxşılaşmaqda davam edir. Klinik mənzərənin mürəkkəbliyini nəzərə alaraq, yekun proqnoz üçün onun vəziyyətinin daha bir neçə gün stabil qalması lazımdır.
Qeyd olunur ki, 88 yaşlı pontifik günün birinci yarısını müxtəlif tibbi prosedurlara həsr edib. Günortadan sonra o, 10-cu mərtəbədəki şəxsi iqamətgahının kilsəsində dua etmək üçün çıxıb və sonra iş fəaliyyətini davam etdirdi.