Şahmat üzrə dünya çempionu vəfat edib

22:17 - 27 Fevral 2025 - DÜNYA

Şahmat üzrə 10-cu dünya çempionu vəfat edib

Ucnoqta.az xəbər verir ki. şahmat üzrə 10-cu dünya çempionu Boris Spasski vəfat edib.

1937-ci ildə Rusiyada anadan olan Spasski Sovet komandasının tərkibində yeddi Olimpiadada iştirak etmiş, iki dəfə - 1961 və 1973-cü illərdə SSRİ çempionu olmuş, 1976-cı ildə fransız qadınla ailə həyatı qurmuş, Fransaya köçmüş və həmin ölkənin vətəndaşı olmuşdur, bundan sonra yarışlarda Fransa üçrənglisini təmsil edib.
Lakin son vaxtlar Boris Vasilyeviç əsasən Rusiyada yaşayırdı.

Xəbər xətti