Zelenski Ərdoğanın dinc dialoq təşəbbüslərindən imtina edib - Matviyenko

16:00 - 27 Fevral 2025 - DÜNYA

Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə dinc dialoqa dair bəzi təşəbbüsləri ilə razılaşsa da, Volodimir Zelenski onları rədd edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.

“Türkiyə prezidenti bir daha prezidentimizə dinc dialoqun təşviqinə yönəlmiş bir neçə təşəbbüs təklif etdi. Biz razılaşdıq. Sonra bizə dedilər ki, prezident Zelenski bundan imtina edib”, – Matviyenko Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla danışıqlardan sonra qeyd edib.

Matviyenko Rusiya parlamentinin yuxarı palatasının nümayəndə heyətinin rəhbəri kimi fevralın 26-27-də Türkiyə Respublikasında rəsmi səfərdədir.

Xəbər xətti