Vaşinqton danışıqlar aparmaq qabiliyyətini sübut edə bilsə, ABŞ-la danışıqlar bərpa oluna bilər.
Ucnoqta.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
"Sanksiyalardan qorxmağa dəyməz. Bəziləri deyir ki, bizim danışıqlar masası arxasına oturmaqdan başqa çarəmiz yoxdur. Bununla belə, biz danışıqlara getməyəcəyimizi deməmişik. Sadəcə, quldurların qarşısında baş əyməyəcəyik", - prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirir.
“Bizdə belə bir deyim var: “Əvvəl qohumluğunu sübut et, sonra miras tələb et””, - deyə izah edən o, qeyd edib ki, əvvəlcə bütün sanksiyaları tətbiq edib, sonra danışıqları təklif etmək olmaz.