Azərbaycanın yardımı Suriyada paylanıldı

11:20 - 28 Fevral 2025 - Xəbər

Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələbdə paylanılıb.

Bu barədə Azərbaycanın Suriyadakı Səfirliyindən bildirilib.

Qeyd olunub ki, Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması aksiyasında Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi iştirak edib.

Qeyd edək ki, ötən il dekabrın 30-u Suriyada Əsəd rejiminin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq, Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir.

Xəbər xətti