Çaya dəvət edilməyən tibb bacısı 41 min təzminat qazandı

10:43 - 28 Fevral 2025 - MARAQLI

Böyük Britaniyada bir tibb bacısı, həmkarı onu səhər çayı təklif etmədiyi üçün kobudluqda ittiham edərək məhkəməyə verdikdən sonra 41 min funt sterlinq təzminat qazanıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Londonun cənubundakı "St Helier" Xəstəxanasında çalışan keçmiş tibb bacısı Susan Hamilton, dietoloq həmkarı Abdool Nayecki "kobuqdluqda" günahlandırıb.

Londonun cənubunda baxılan işdə Hamilton iddia edib ki, Nayeck məclislərdə ona məhəl qoymayıb və bütün komanda üzvlərinə çay hazırlayarkən ona çay təklifini etməyib.

2018-ci ildə başlayan mübahisə

Bildirilib ki, ikisi arasında gərginlik 2018-ci ildə bir xəstəyə qulluq məsələsində yaranan fikir ayrılığından sonra başlayıb. Məhkəmədə verilən ifadələrə görə, Nayeck Hamiltona birbaşa "mən səni sevmirəm" deyib.

Bu hadisədən sonra Nayeckin tibb bacısına qarşı "görünən şəkildə aşağılayıcı" münasibət göstərdiyi deyilir.

Xəstəxana rəhbərliyi vasitəçilik edib və tərəflərin “nəzakətli” şəkildə ünsiyyət qurması barədə razılığa gəlib. Lakin Hamilton bunun əvəzinə Nayeckin bütün komanda üçün çay hazırlamağı dayandırdığını iddia edib.
Susan Hamilton 2019-cu ildə stress səbəbindən vəzifəsini tərk edib, lakin 2021-ci ilin yanvarında xəstəxanaya qayıdıb. Bu proses zamanı o, rəsmi olaraq xəstəxananın şikayətlərinə baxmasına etiraz edib.

Həmin ilin sonunda işdən çıxan Hamilton, əmək müqaviləsinin pozulduğunu və xəstəxana rəhbərliyi ilə "etimad münasibətlərinin" "tamamilə pozulduğunu" iddia edib.

Məhkəmə tibb bacısının xəstəxana rəhbərliyinə qarşı şikayətlərini təmin edib, eyni zamanda həmkarı Abdool Nayeckə qarşı kobudluq iddiasını rədd etdi. Xəstəxana onun etirazını qəbul etdikdən sonra iş Hamiltonun xeyrinə başa çatıb.

 “Xəstəxana rəhbərliyi bir neçə il ərzində Nayeckin davranışı ilə bağlı adekvat tədbir görməyib. Bu proses Həmiltonun səhhətində problemlər yaşamasına səbəb oldu” - məhkəmə hakimi deyib.

Xəbər xətti