Makronun istefası tələb olundu

00:34 - 29 Noyabr 2024 - DÜNYA

Solçu "Tabe olmayan Fransa" partiyasının qurucusu, solçu "Yeni Xalq Cəbhəsi"nin qeyri-rəsmi lideri Jan-Lük Melenşon Fransadakı böhran vəziyyətini aradan qaldırmaq üçün Emmanuel Makronu istefa verməyə çağırıb. 

Ucnoqta.az xıbər verir ki, o, bu barədə X-də yazıb. "Hakimiyyət institutlarının bloklandığı şəraitdə yalnız bir çıxış yolu var - respublika prezidentinin istefası". 

Müxalifət partiyaları hökumətin təklif etdiyi 2025-ci il dövlət büdcəsi layihəsi ilə razılaşmadıqlarını bildiriblər.

Onlar baş nazir Mişel Barnieri etimadsızlıq səsverməsi ilə hədələyiblər. Büdcə layihəsinə qarşı çıxanların əsas iddiaları orada nəzərdə tutulan dövlət xərclərinin 60 milyard avro azaldılması ilə bağlıdır.

Mélenşon bildirib ki, hökumətin istefası gələn həftədən sonra baş verə bilər. “Bizim baş nazir postuna öz namizədimiz var.

 Əgər o, prezidentə yaraşmazsa, o, istefa verməli olacaq”, - partiya lideri əlavə edib.

Xəbər xətti