Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar başlayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, qanunvericilik binasının hər iki tərəfində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə münaqişə baş verir.
Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadə etməyə məcburdurlar.
Etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili də qoşulub. O, hakimiyyəti təkrar parlament seçkiləri keçirməyə çağırıb.