Avropa Komissiyası 800-ə yaxın işçisini ixtisar edəcək

11:16 - 28 Noyabr 2024 - DÜNYA

 Avropa Komissiyası (AK) maliyyə çatışmazlığı fonunda Asiya, Afrika və Latın Amerikasındakı ofislərində işçilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq və digər regionlarda strateji maraqlarını həyata keçirmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Politico" nəşri əldə etdiyi sənədə istinadən məlumat yayıb.

 Nəşr qeyd edir ki, artan xərclər və inflyasiya səbəbindən çatışmazlıq 2025-ci ildə daha da pisləşə bilər.
Xüsusilə Braziliyada və 30-dan çox Afrika dövlətində ixtisarlar planlaşdırılır, baxmayaraq ki, 2019-cu ildə Aİ Afrikaya dönüş etmək planlarını açıqlamışdı.
"Politico"nun həmsöhbətlərinin sözlərinə görə, 800-ə yaxın diplomat işini itirmək riski ilə üzləşib, çünki onları başqa ölkəyə köçürmək çox çətin və ya qeyri-mümkün olacaq.
Bu planlar fonunda Avropa İttifaqı assosiasiyanın bu regionlarda diplomatik çəkisini itirəcəyindən narahatdır.

Nəşr qeyd edir ki, eyni zamanda, AK “Aİ üçün əsas maraq kəsb edən” digər regionlarda da təmsilçiliyini genişləndirməyi planlaşdırır.
Xüsusilə, Brüssel diqqəti Avropa İttifaqına daxil olmaq istəyən və icmaya yaxın ərazidə yerləşən ölkələrə yönəltmək niyyətindədir.

Xəbər xətti