Trampı və ailəsini ölümlə hədələyən şəxs saxlanılıb

13:12 - 27 Noyabr 2024 - DÜNYA

ABŞ-ın seçilmiş prezidenti Donald Trampı və ailəsini öldürməklə hədələyən Arizona ştatından olan şəxs həbs edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ittiham sənədlərinə və mənbələrə istinadən ABC News məlumat yayıb.

Telekanalın əldə etdiyi araşdırma materiallarına görə, Manuel Tamayo-Torres seçilmiş prezidentə qarşı qeyri-spesifik, lakin birbaşa təhdidlər edib və istintaqla tanış olan mənbələr onun açıqlamalarının konkret olaraq Trampa aid olduğunu təsdiqləyiblər.

Məlumata görə, o, daha əvvəl sosial şəbəkələrdə siyasətçiyə müraciət edərək “Sən öləcəksən, oğlun öləcək, bütün ailən öləcək” deyərək video yayımlayıb.
Bundan əlavə, videoda Tamayo-Torres AR-15 tüfəngini yelləyərkən Tramp haqqında “müxtəlif qəribə ifadələr” verib. 

Xəbər xətti