İsrailin Qəzza şəhərinin cənubundakı Əz-Zeytun bölgəsində məktəb binasına endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Məlumata görə, atışma zamanı daha onlarla fələstinli müxtəlif dərəcəli xəsarət alıb.
Hücuma məruz qalan binada Qəzza zolağının digər bölgələrindən bombardmandan qaçan köçkünlərin yerləşdiyi iddia edilir.