Müddətdən artıq xidmət çəkən və xüsusi təyinatlı hərbçilərin maaşları bir neçə dəfə artırılmalıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bugünkü plenar iclasında deyib.
“Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın azalır. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olar. Bura Daxili İşlər Nazirliyinin əməkdaşlarının da maaşlarını əlavə etməliyik”, - deyə deputat bildirib.