Azərbaycanda məşhur general məhkəməyə VERİLDİ - FOTO

14:29 - 25 Noyabr 2024 - Xəbər

Milli Məclisin sabiq deputatı Vladimir Timaşenko məhkəməyə verilib.

Ucnoqta.az xəbər verir ki, Modern.az-ın "Elektron Məhkəmə Portalı"ndan əldə etdiyi məlumata görə, “Azəristiliktəchizat” ASC ehtiyatda olan general-mayor barədə məhkəməyə müraciət edib.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq. 

Əldə etdiyimiz məlumata görə, qurumun məhkəməyə müraciət etməsinə səbəb Timaşenkonun qarajı olub. Belə ki, “Azəristiliktəchizat” ASC sabqi deputatdan qarajın qanunsuz olduğunu bildirib və obyektin sənədlərini təqdim etməsini tələb edib. Sənədlərin qaydasında olmadığı məlum olduqda isə ondan qarajın sökülməsi tələb olunub.

81 yaşlı Timaşenko Kiyevdə anadan olub. Ehtiyatda olan general-mayor Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. 

Timaşenko 2000-ci il noyabrın 5-də 27 saylı Nəsimi ikinci seçki dairəsindən deputat seçilib.


Xəbər xətti