İsrailin hava zərbələri nəticəsində Beyrutda məktəblərin fəaliyyəti dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrailin hava hücumlarının Livanın paytaxtında böyük dağıntılara səbəb olması fonunda Livanın Təhsil Nazirliyi Beyrutdakı məktəblərin işini yanvar ayına qədər dayandırır.