“Çabad” yəhudi dini hərəkatının BƏƏ-də yaşayan nümayəndəsi Zvi Koqan itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Ofisin Mossad kəşfiyyat xidməti və İsrail Milli Təhlükəsizlik Şurası (MTŞ) adından yaydığı bəyanatda Koqanın İsrail və Moldova vətəndaşı olduğu, noyabrın 21-i cümə axşamı günortadan sonra yoxa çıxdığı qeyd edilib.
Onun yoxa çıxması və ölkədə baş verə biləcək terror aktı ilə bağlı məlumatla əlaqədar olaraq, İsrail kəşfiyyat xidmətləri Zvi Koqanın tapılması üçün fəal iş aparır.