Kosmetik həkimin Ronaldoya qarşı iddiası məlum olub

00:05 - 25 Noyabr 2024 - MARAQLI

Portuqaliyalı hücumçu Əl-Nasr Kriştiano Ronaldo kosmetik xidmətlərin pulunu ödəmədiyi üçün məhkəməyə verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazır.

Məlumata görə, kosmetik həkim Roşan Ravindran Ronaldoya qarşı 40 min funt sterlinq məbləğində iddia qaldırıb.
Qeyd olunur ki, botoks, dolgu, dəriyə qulluq və qaş qaldırma üzrə ixtisaslaşan Ravindran Ronaldo və ailə üzvləri ilə birgə çalışıb.

Xəbər xətti