Xerardo Martino "İnter Mayami"nin baş məşqçi postunu şəxsi səbəblərə görə tərk edib.
Ucnoqta.az xəbər verir ki, "Barselona"nın və Argentina millisinin sabiq çalışdırıcısı ötən yay "İnter Mayami"yə rəhbərlik edib.
Argentinalı "İnter Mayami"ni klub tarixində ilk iki titul qazandırdı - onun rəhbərliyi altında komanda bu mövsüm Liqa Kubokunu (2023) və MLS-in müntəzəm mövsümünü (Dəstəkçi Qalxan) qazandı.
Pley-offda Lionel Messinin komandası uğursuz çıxış etdi - 1/8 finalda "Atlanta Yunayted"ə üç görüşdə məğlub oldu.
İnsayder Fabrizio Romano yazıb ki, "İnter Mayami"nin yeni baş məşqçisi Argentina gənclər komandasına rəhbərlik edən 40 yaşlı Xavyer Maskerano olacaq.