Estoniyalı Kaja Kallasın diplomatiya rəhbəri və litvalı Andrius Kubiliusun müdafiə naziri olacağı, Ursula Fon der Lyayenin yeni Avropa Komissiyası nəhayət noyabrın 27-də təsdiqlənəcək və dekabrın 1-də işə başlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, noyabrın 27-də Strasburqda keçiriləcək plenar sessiyada Avropa Komissiyasının yeni tərkibi təsdiqlənəcək və bu, ona dekabrın 1-də işə başlamağa imkan verəcək.
Fon der Lyayenin Avropa Komissiyasının rəhbəri kimi təsdiqlənməsi şübhəsizdir, çünki Avropa Parlamentinin mütləq çoxluğa malik aparıcı fraksiyaları artıq ona dəstək ifadə ediblər.