7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 160-dan çox uşaq ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Bildirilir ki, 2023-cü il oktyabrın 7-dən indiyədək ümumilikdə 166 fələstinli uşaq İsrail qüvvələri tərəfindən öldürülüb.
Ölümlərin çoxu Cenin, Tulkərm, Tubas və Nablusda qeydə alınıb. Bundan başqa, hesabat dövründə daha 1132 uşaq xəsarət alıb.