İrlandiyanın aşağı büdcəli Ryanair şirkəti İsrailə uçuşların müvəqqəti dayandırılmasını ən azı gələn ilin mart ayına qədər uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Nəşr bu qərarın səbəblərini göstərmir. Bundan əvvəl aşağı büdcəli aviaşirkət 2024-cü ilin sentyabrında İsrail və İran arasında vəziyyətin pisləşməsi fonunda bu ölkəyə uçuşları dayandırmışdı.