Qəzzada həlak olanların sayı 44 mini ötüb

17:03 - 21 Noyabr 2024 - DÜNYA

2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri İsrail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 44 mindən çox fələstinli ölüb, 104,3 minə yaxını isə yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi bu barədə Telegram kanalında təqdim edir.

Məlumata görə, İötən ilin oktyabrından Qəzzada itkilərin sayı 44 056 nəfərə çatıb, daha 104 268 nəfər yaralanıb.
Son 24 saat ərzində Qəzzada İsrailin bombardmanları nəticəsində 71 fələstinli ölüb, daha 176 nəfər yaralanıb.

Xəbər xətti