Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun həbsdəki oğlu Rəşid Kələntərov ev dustaqlığına buraxılıb.
Ucnoqta.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.
Müttəhimin istintaqdan yayınma fikrinin olmaması və ziyanı ödəmək niyyəti əsaslı hesab edilib.
Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin təkrar rüşvətalma və qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq maddəsi ilə ittiham elan edilib.